XƏBƏRLƏR / Yaddaş

Evlax və Cəbrayılda şəhidlərin nəşı torpağa tapşırıldı

Evlax və Cəbrayılda şəhidlərin nəşı torpağa tapşırıldı
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Tərlan Məmmədovun nəşinin qalıqları Evlaxda ailəsinə təhvil verilib.

    Şəhidlə Yevlax Şıhidlır xiyabanında vida mərasimi keçirilib.

    Mərasimdə şəhidin doğmaları, müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak edib.

    Tərlan Fikrət oğlu Məmmədov 1975-ci ildə Yevlax rayon Aran qəsəbəsində doğulub. O, Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi uğrunda gedən döyüşlərdə itkin düşmüş hesab olunub.

    ***

    32 ildən sonra şəxsiyyəti dəqiqləşdirilən Birinci Qarabağ müharibəsi iştirakçısı Müşfiq Quliyevin nəşi Cəbrayıl rayonu Horovlu kəndində torpağa tapşırılıb.

    Mərasimdə şəhidin ailə üzvləri, ictimaiyyət nümayəndələri iştirak edib.

    Şəhidin nəşi yaylım atəşinin müşayiəti ilə torpağa tapşırılıb.

    Qeyd edək ki, Quliyev Müşfiq İbrahim oğlu 1971-ci ildə Cəbrayıl rayonu Horovlu kəndində dünyaya göz açıb. Hərbi komissarlığa müraciət edərək döyüşlərə yollanıb. Onun son döyüş yeri 1993-ci il oktyabrın 16-da Cəbrayıl rayonu Mahmudlu kəndi istiqamətində olub. Müşfiq Quliyev naməlum şəhid olaraq İmişli rayonu Şəmmədli kənd məzarlığında dəfn olunan şəhidlərimizdən biri olub.