XƏBƏRLƏR / Seçki

“Exit-poll”: İlham Əliyev 93.9 faiz səslə liderdir

ABŞ-ın “ORACLE ADVISORY GROUP” təşkilatı nəticələri açıqlayıb

“Exit-poll”: İlham Əliyev 93.9 faiz səslə liderdir
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-ın “ORACLE ADVISORY GROUP” təşkilatı ilə birgə keçirdiyi “exit-poll”un ilkin nəticələrini açıqlayıb.

    Təşkilatın nümayəndəsi George Brinbaum “exit-poll”un nəticələrini açıqlayıb.

    Nəticələr aşağıdakı kimidir:

    Hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev - 93.9 faiz;

    Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının namizədi Qüdrət Həsənquliyev - 1.2 faiz;

    Öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc - 1.8 faiz;

    Böyük Quruluş Partiyasının namizədi Fazil Mustafa - 1.5 faiz;

    Böyük Azərbaycan Partiyasının namizədi Elşad Musayev- 0.4 faiz;

    Milli Cəbhə Partiyasının namizədi Razi Nurullayev - 0.9 faiz;

    Öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş Fuad Əliyev - 0.3.