XƏBƏRLƏR / Kriminal

Fazil Mustafaya sui-qəsdlə bağlı 6 nəfər tutuldu YENİLƏNİB

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib

Fazil Mustafaya sui-qəsdlə bağlı 6 nəfər tutuldu YENİLƏNİB
Fazil Mustafa
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Paytaxtın bir neçə istiqamətində polis postları quraşdırılması və nəzarət yoxlama tədbirləri keçirilir. Qaradağ rayonunda polisin atəş açması ilə bağlı məlumatlar yayılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib.

    Onun sözlərinə görə, deputat Fazil Mustafaya qarşı cinayət hadisəsi ilə əlaqədər Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti və Baş Prokurorluğun birgə keçirdiyi əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri çərçivəsində 6 nəfər müəyyən olunaraq saxlanılıb.

    Əlavə məlumat veriləcək.

    Xatırladaq ki, martın 28-də Milli Məclisin deputatı Fazil Mustafaya qarşı terror aktı törədilib. Yaşadığı evin qarşısında silahlı hücuma məruz qalan deputat çiyin və ayağından yaralanıb. O, dərhal xəstəxanaya çatdırılaraq, əməliyyat olunub.