XƏBƏRLƏR / İdman

Fiqurlu konkisürən Veronika Jilina Azərbaycanı təmsil edəcək

Beynəlxalq Fiqurlu Konkisürmə Birliyi rəsmi icazə verib

Fiqurlu konkisürən Veronika Jilina Azərbaycanı təmsil edəcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanın fiqurlu konkisürmə üzrə heyətinin sıralarına daha bir yeniyetmə idmançı cəlb olunub.

    Azərbaycan Qış İdman Növləri Federasiyasından (AQİFN) bildirilib ki, Beynəlxalq Fiqurlu Konkisürmə Birliyinə (İSU) yeniyetmə fiqurlu konkisürən Veronika Jilina ilə bağlı ünvanlanan müraciət müsbət dəyərləndirilib və rusiyalı idmançının tək konkisürmə disiplini üzrə Azərbaycanı təmsil etməsinə rəsmi icazə verilib.

    Veronika Jilina 2026–2027-ci illər mövsümündən etibarən beynəlxalq yarışlarda buz üstünə çıxaraq Azərbaycan adına mübarizə aparacaq.

    Qeyd edək ki, hazırda tək konkisürmə disiplini üzrə beynəlxalq yarışlarda ölkəmizi Səbinə Əliyeva, Leyli Axundova, Nərgiz Süleymanova və Arina Kaluqina təmsil edirlər.