Fransa da Fələstin dövlətini tanıdı
Bunu Prezident Makron BMT-nin tribunasından elan edib

Fransa prezidenti Emmanuel Makron sentyabrın 22-də BMT Baş Assambleyasında Fələstin dövlətçiliyini tanıdığını rəsmən elan edib.
O, bu addımı “Həmas üçün məğlubiyyət” adlandırıb.
Fransa Böyük Britaniya və Kanadadan sonra Fələstin Dövlətini tanıyan üçüncü G7 ölkəsi oldu.
İsrailin Baş naziri Beniamin Netanyahu Fələstini tanıyan bütün ölkələrə “cavab” verəcəyini vəd edib.