XƏBƏRLƏR / Diplomatiya

Fransa erməniləri silahlandırmağa davam edəcək

Bunu Fransanın xarici işlər naziri Jan-Noel Barrot bu gün İrəvanda deyib

Fransa erməniləri silahlandırmağa davam edəcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • "Fransa "Dağlıq Qarabağ"dan olan köçkünlərə, eləcə də Ermənistana dəstəyini davam etdirir və biz Gorusda konsulluq açacağıq".

    Bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barrot bu gün İrəvanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla birgə mətbuat konfransı zamanı bildirib.

    “Həmçinin müdafiə sektorunda həm mütəxəssislərin hazırlanması, həm də silah təchizatı sahəsində əməkdaşlığımızı vurğulamağı zəruri hesab edirəm.

    Bütün bunların məqsədi Ermənistana ölkənin müdafiə qabiliyyətini və suverenliyini təmin etmək imkanı verməkdir”, - o qeyd edib.

    Cavabında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib ki, "biz Ermənistanın sərhədlərinin toxunulmazlığını qoruduğuna görə Fransaya minnətdarıq".