XƏBƏRLƏR / Hərbi

Fransa Ermənistanı silahlandırmağı davam edir

Bu barədə Fransanın "Le Figaro" dərgisi yazır

Fransa Ermənistanı silahlandırmağı davam edir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Fransa fevralın 22-də Ermənistana bir sıra müdafiə silahları göndərəcək: "Le Figaro"

    Silah təchizatına Thales-dən 250 kilometr məsafədə düşmən təyyarələrini aşkar etməyə imkan verən üç Ground Master radarı (GM 200), həmçinin gecəgörmə cihazları və durbin daxildir.

    Həmçinin qeyd edilir ki, tərəflər arasında imzalanan müdafiə sahəsində əməkdaşlıq sazişində Fransa ordusunun bu il erməni hərbçiləri üçün 3 dağ döyüş hazırlığı kursu keçirməsi nəzərdə tutulur.

    Qeyd edək ki, 2023-cü il oktyabrın 23-də Ermənistanın müdafiə naziri Suren Papikyanın Fransaya səfəri zamanı Ermənistan və Fransa arasında müdafiə sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb.