XƏBƏRLƏR / Diplomatiya

Fransa iyunun 2-də Zəngəzurda konsulluq açır

"Hraparak" yazır

Fransa iyunun 2-də Zəngəzurda konsulluq açır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Fransanın aylar əvvəl dilə gətirdiyi istəyi – Ermənistanın Zəngəzur bölgəsində konsulluq açmaq niyyəti yaxın günlərdə baş tutacaq.

    Bu barədə Ermənistan KİV-i məlumat yayıb.

    “İyunun 2-də Gorusda Ermənistan-Fransa konfransı keçiriləcək və həmin gün Sünikdə (Zəngəzur-red.) Fransa konsulluğunun açılış mərasimi keçiriləcək”, - deyə “Hraparak” yazıb.

    Məlumata görə, QHT sədri Karmen Apuntsun konsul təyin olunacağı gözlənilir.

    Ekspertlər “Fransanın Sünikdəki konsulluğunun kollektiv Qərbə xidmət edəcək ciddi hərbi, kəşfiyyat məqsədi daşıyacağı” fikrini ifadə ediblər.