XƏBƏRLƏR / Siyasət

Fransa prezidentinin vəzifəsini tərk etmək niyyəti yoxdur

Bunu Fransa Prezidenti Misirə gəldikdən sonra jurnalistlərə deyib

Fransa prezidentinin vəzifəsini tərk etmək niyyəti yoxdur
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Fransa Prezidenti Emmanuel Makron Misirə gəldikdən sonra müxalifətin istefası ilə bağlı dəfələrlə etdiyi çağırışlara məhəl qoymayaraq ölkədə sabitliyi təmin etməyə davam edəcəyini bəyan edib.

    Makron Misirdə bu gün başlayacaq Yaxın Şərq Sülh Sammitində iştirak edəcək.

    "Heç vaxt unutmayın ki, fransız xalqının sizə verdiyi mandat xidmət etmək, sadə fransızların suallarını cavablandırmaq və Fransanın müstəqilliyi üçün mümkün olan hər şeyi etməkdir. Qalanı hökumətin məsuliyyətidir... Mən sabitliyi təmin etməyə davam edəcəyəm", - o qeyd edib.

    O əlavə edib ki, Baş nazir Sebastian Lekornunun istefasında rol oynamış siyasi qüvvələr “bu xaosa görə tam məsuliyyət daşıyırlar”.

    Onun ikinci və sonuncu prezidentlik müddəti 2027-ci ildə başa çatır.