Fransanı azad edən azərbaycanlılar Parisdə anılıb VİDEO
Bu barədə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva məlumat verib

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Fransanın işğaldan azad edilməsində iştirak edən Azərbaycan əsgərlərinin xatirəsini ehtiramla yad etməklə bağlı paylaşım (VİDEO) edib.
Azərbaycan Silahlı Qüvvələri Günü ərəfəsində Zəfər tağı altında İkinci Dünya Müharibəsi illərində Fransanın azadlığı uğrunda vuruşmuş azərbaycanlı partizanların xatirəsinin ehtiramla yad edilməsi mərasimi keçirilib.
Bütün qəhrəmanlarımıza dərin baş əyirəm.