Fransanın səfiri Ann Buayon Azərbaycana niyə qayıtdı
Regionda formalaşmaqda olan geosiyasi koordinat sistemində Fransanın yeri hardadır?
Fransanın səfiri Ann Buayon Azərbaycana qayıdıb və diplomatik fəaliyyətini davam etdirir.
Xatırladaq ki, Fransanın Azərbaycandakı səfiri Bakı ilə Paris arasında münasibətlərin gərginləşməsi fonunda məsləhətləşmələr üçün geri çağırılmışdı. Fransa Xarici İşlər Nazirliyi açıqlamasında xanım diplomatın Fransa Prezidenti Emmanuel Makron tərəfindən qəbul edildiyini bildirmişdi.
Nə dəyişdi? İkitərəfli münasibətlərdə heç nə. Sadəcə, Berlin və Vaşinqtonun Parisdəki diplomatik fəaliyyətindən sonra fikirləşdilər ki, biz formalaşmaqda olan geosiyasi koordinat sistemində haradayıq? Və özləri üçün gördükləri əsl yeri - qurşaqdan bir az aşağı olduğunu anlayaraq, oradan çıxmağın uzun və ağrılı olacağını başa düşdülər.
Ona görə də hər ehtimala qarşı səfir geri qaytarıldı.