XƏBƏRLƏR / Diplomatiya

Fransız məhbus Kaya Kallasın xahişindən sonra əfv edilib

Bu barədə "Trend"in etibarlı mənbədən əldə etdiyi məlumatda deyilir

Fransız məhbus Kaya Kallasın xahişindən sonra əfv edilib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Sərəncam imzalayıb.

    Onların arasında Fransa Respublikasının vətəndaşı 1986-cı ildə anadan olmuş Klerk Teo Hyuqo da var.

    O, 2024-cü ilədə Bakıda metro deposunda vaqonlara qraffiti çəkib. Polis onu saxlayıb. Fransalı Klerk Teo Hyuqo 3 il müddətinə həbs edilib.

    "Trend"in etibarlı mənbədən əldə etdiyi məlumata görə, onun əfv olunması üçün Azərbaycana müxtəlif yerlərdən xahişlər daxil olmuşdu. Eyni xahişi Bakıya səfəri zamanı Kaya Kallas da Prezident İlham Əliyevlə görüşdə səsləndirib və rəsmi Bakı buna müsbət yanaşıb. Onun əfv olması Fransaya görə yox, məhz bu xahişə görə baş tutub", - mənbə bildirib.