
Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən odlu silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, keçirilən növbəti tədbir zamanı rayon sakini tapdığı ov silahını polis əməkdaşlarına könüllü olaraq təhvil verib. Bu istiqamətdə tədbirlər davam etdirilir.