Füzulidə işğaldan azad olunan ərazidə 2 tondan artıq narkotik bitki aşkarlanaraq məhv edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayonunun işğaldan azad edilmiş Qacar kəndinin ərazisində çətənə bitkiləri aşkar edilib. Yabanı halda bitən ümumilikdə, çəkisi 2 ton 100 kiloqram olan 4663 ədəd çətənə bitkisi kökündən çıxarılaraq toplanılıb və yandırılma üsulu ilə məhv edilib.