XƏBƏRLƏR / Hərbi

Füzulidə silah-sursat aşkar edildi

DİN-in Mətbuat Xidmətindan məlumat verilib

Füzulidə silah-sursat aşkar edildi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Füzuli rayonunda silah-sursat aşkar edilib.

    DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun işğaldan azad edilmiş ərazisində hərbi silah-sursatın aşkar olunması istiqamətində tədbirlər davam etdirilir.

    Polis əməkdaşlarının keçirdikləri tədbirlər zamanı 10 avtomat, 4 qumbaraatan, 2 pulemyot və 1510 müxtəlif çaplı patron götürülərək aidiyyəti üzrə təhvil verilib.