Gələn il üçün Novruz, Ramazan və Qurban bayramları günləri
Bu barədə qərarı Nazirlər Kabineti verib YENİLƏNİB
2026-cı il üçün Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edilib.
Nazirlər Kabineti bu barədə qərar verib.

2026-cı il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı, martın 20, 21-i Ramazan bayramı, mayın 27, 28-i Qurban bayramı günləri müəyyən edilib.
Həmin günlər iş günü hesab edilmir.
Qeyd edək ki, 21 və 22 mart şənbə və bazar günlərinə təsadüf edir. Əmək Məcəlləsinə görə, 25 və 26 mart qeyri-iş günləri olacaq. Gələn il Ramazan bayramı 20 və 21 mart tarixlərinə təsadüf edir. Əmək Məcəlləsinə görə, Ramazan bayramı günü başqa bir qeyri-iş günü ilə üst-üstə düşərsə, növbəti iş günü istirahət günü hesab olunur. Buna görə də, Əmək Məcəlləsinə uyğun olaraq, sonrakı iş günləri — 27 və 30 mart — da qeyri-iş günü olacaq.
Buna görə də, Novruz və Ramazan bayramları ilə əlaqədar olaraq 11 gün qeyri-iş günü olacaq: 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29 və 30 mart.
1 dəqiqə