XƏBƏRLƏR / İctimaiyyət

Uçuş təhlükəsizliyinə problem yaradana 10 min manat cərimə

Bu, parlamentdə müzakirə olunan İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə əksini tapıb

Uçuş təhlükəsizliyinə problem yaradana 10 min manat cərimə
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanda uçuş təhlükəsizliyinə təhdid yaradan hər hansı növ atışma, raket buraxma, partlatma və digər bu kimi fəaliyyətlərə görə cərimələr yüz dəfə artırılıb.

    Bu, parlamentdə müzakirə olunan İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

    Layihəyə əsasən, fiziki şəxslər 3 min manat, vəzifəli şəxslər 5 min manat, hüquqi şəxslər 10 min manat məbləğində cərimə ediləcək.

    Hazırda bu inzibati xətaya görə 100 manat məbləğində cərimə nəzərdə tutulur.