"Gəlin, dönək evə"
"Qan qrupu" ft Mina Sovetski
"GƏLİN, DÖNƏK EVƏ"
İFA: "QAN QRUPU" ft MİNA SOVETSKİ
SÖZLƏRİ: VAHİD MUSTAFA YEV
MUSİQİ: YAŞAR BAXIŞ
MƏNBƏ: ANS TV-NİN ARXİVLƏRİNDƏN
2012
SOYUQ EVİM İSTİLİK GÖZLƏYİR,
QAR YAĞIR - QARABAĞ - QARA!
DIVAR UÇUB, AMMA EV DAYANIR,
EHTİYAC VAR MÖHKƏM HASARA.
CAVAN KOMANDIR SƏYLƏR GÖSTƏRİR,
ORDUNU KÖKLƏYİR ZƏFƏRƏ.
GÜLLƏ SİLAHDA, GÖZ HƏDƏFİ SEÇİR,
EHTİYAC VAR KƏSKİN QƏRARA!
HƏR GÜN SƏRDAR ÖLÜMƏ ÇAĞIRIR,
HƏR GÜN QIRILIR GƏNCLƏR!
TƏMİZ KOSTYUMLAR TOSTLAR QALDIRIB
AL QANI SƏRDARLA İÇƏR.
TORPAQLARSA ÇOXDAN ƏLDƏN GEDİB
ƏSGƏR TAPDAĞININ ALTINA,
MƏSCİDLƏ KİLSƏLƏR BASDIRILIB
YERİN YEDDİNCİ QATINA...
GƏLİN, DÖNƏK EVƏ
BİR DƏ YANDIRAQ ODUMUZU!
GƏLİN, DÖNƏK EVƏ
İSİDƏK ANA YURDUMUZU!
BU TORPAQ BİZİM OLUB
MƏNASIZ SAVAŞLARDAN QABAQ.
O, ÖLƏCƏK BİZSİZLİKDƏN, SOLUB,
GƏLİN, ONU QAYTARAQ!
YENƏ ŞƏHİD ANASI AĞLAYIR,
TORPAQ BÖLÜNÜB MƏZARLARA.
ATAMIZI ÖLDÜRƏNLƏR
TUŞLAYIB SİLAHI BİZİM UŞAQLARA.
VƏ BU MƏSƏLƏ BU GÜN HƏLL OLMASA,
QALACAQ BİZİM BALALARA.
QALXIN, BİRGƏ GEDƏK,
HEÇ OLMASA SAHİB ÇIXAQ TORPAQLARA!
GƏLİN, DÖNƏK EVƏ,
BİR DƏ YANDIRAQ ODUMUZU!
GƏLİN, DÖNƏK EVƏ,
İSİDƏK ANA YURDUMUZU!
BU TORPAQ BİZİM OLUB
MƏNASIZ SAVAŞLARDAN QABAQ.
O, ÖLƏCƏK BİZSİZLİKDƏN SOLUB,
GƏLİN, ONU QAYTARAQ!