XƏBƏRLƏR / Təbiət

Geomaqnit qasırğası gözlənilir

Şamaxı Astrofizika Rəsədxanası xəbər verir

Geomaqnit qasırğası gözlənilir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Kosmik hava proqnozu açıqlanıb.

    Şamaxı Astrofizika Rəsədxanasından verilən xəbərə görə, proqnoz günlərində (12-18 fevral) C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 65%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 20% təşkil edir.

    Enerjisi 2 MeV-dən çox olan elektron selinin normal və orta səviyyədə, 10 MeV-dən çox enerji yüklü proton selinin isə TKA təsiri nəticəsində yenidən S1 səviyyəsinə yüksələcəyi gözlənilir.

    Günəş küləyi sürətinin 08 və 10 fevralda baş vermiş TKA-nın təsiri ilə artacağı gözlənilir.

    Geomaqnit sahəsi – 08 və 10 fevralda baş vermiş TKA təsiri ilə 12-14 fevral tarixlərində geomaqnit sahəsinin aktivliyinin artması və G1 (zəif) - G2 (orta) səviyyəli geomaqnit qasırğası gözlənilir.