Gerald R. Ford təyyarədaşıyan gəmisi İsrailə yaxınlaşır
Bu barədə İsrail mənbələri xəbər verir
ABŞ və İran arasındakı gərginlik fonunda Aralıq dənizinə girdikdən sonra Yunanıstanın Krit adası sahillərində Gerald R. Ford təyyarədaşıyan gəmisi görünüb və yaxın saatlarda İsrailə çatacağı gözlənilir.

Bu arada ABŞ Hərbi Hava Qüvvələrinin 2 yanacaq doldurma təyyarəsi İsrailin Ben Qurion hava limanına eniş edib. İsrail televiziyasının 12-ci kanalı təyyarələrin şəkillərini yayımlayıb.
1 dəqiqədən az