XƏBƏRLƏR / İctimaiyyət

Gömrükçülər pirotexniki vasitələr aşkar ediblər

DGK xəbər verir

Gömrükçülər pirotexniki vasitələr aşkar ediblər
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Dövlət Gömrük Komitəsinin (DGK) əməliyyat struktur bölmələri tərəfindən həyata keçirilmiş kompleks tədbirlər nəticəsində külli miqdarda pirotexniki vasitələr aşkar edilib.

    DGK-dən bildirilib ki, gömrük əməkdaşlarının Göygöl rayonu ərazisindəki keçirdikləri tədbirlər nəticəsində 28 adda ümumilikdə 23 min 353 ədəd müxtəlif növ pirotexniki vasitələr aşkar edərək qanunsuz dövriyyədən çıxarılıb.

    Faktla bağlı araşdırma aparılır.