I Qarabağ müharibəsinin şəhidi Goranboyda dəfn olunub
Niyaz İlyas oğlu Novruzov 1992-ci ildə Ağdərə rayonunun Dovşanlı (Vəng) kəndindəki "Qızılqaya" yüksəkliyi istiqamətində itkin düşüb
Tərtər şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Niyaz İlyas oğlu Novruzovun meyitinin qalıqları Goranboy rayonuna gətirilib.
Şəhidin nəşi Goranboy rayonunun Veyisli kəndində ailəsinə təhvil verilib.
Qeyd edək ki, Niyaz İlyas oğlu Novruzov 1970-ci il sentyabrın 23-də Goranboy rayonunun Veyisli kəndində anadan olub. O, 1992-cü noyabrın 17-də Ağdərə rayonunun Dovşanlı (Vəng) kəndindəki "Qızılqaya" yüksəkliyi istiqamətində itkin düşüb.
N.Novruzov Veyisli kənd qəbiristanlığında dəfn olunub.