XƏBƏRLƏR / İctimaiyyət

Göyçayda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib

Rasim Səfər oğlu Eldarov 1993-cü ildə Füzuli rayonunun Kürdmahmudlu kəndində itkin düşüb

Göyçayda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Füzuli rayonunun Bala Bəhmənli kənd qəbiristanlığında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Rasim Səfər oğlu Eldarovun meyitinin qalıqları Göyçay rayonuna gətirilib.

    Şəhidin nəşi Göyçay rayonu Ulaşlı Şıxlı kəndində ailəsinə təhvil verilib.

    Qeyd edək ki, Rasim Səfər oğlu Eldarov 1968-ci il iyulun 17-də anadan olub. O, 1993-cü avqustun 23-də Füzuli rayonunun Kürdmahmudlu kəndində itkin düşüb.

    R.Eldarov Göyçay rayonu Şəhidlər xiyabanında dəfn olunub.