Gürcüstan parlamenti “xarici agentlər” qanununu qəbul edib
Plenar sessiyada keçirilən səsvermədə 86 deputat qanunun leyinə səs verib

Gürcüstan parlamenti ABŞ-da qüvvədə olan FARA (Xarici Agentlərin Qeydiyyatı Aktı) qanununun tərcüməsi olduğu bildirilən “xarici agentlər” qanununu üçüncü və sonuncu oxunuşda qəbul edib.
Bu barədə Gürcüstan KİV-i məlumat verib.
Plenar sessiyada keçirilən səsvermədə 86 deputat qanunun leyinə səs verib, əleyhinə səs qeydə alınmayıb.
Qeyd edək ki, Gürcüstan parlamenti yalnız hakim “Gürcü Arzusu” partiyası və hakimiyyətyönümlü “Xalqın Gücü” hərəkatının üzvlərindən ibarətdir.
Parlament müxalifəti qanunverici orqanın işində iştirakdan imtina edib.