XƏBƏRLƏR / Parlament

Gürcüstanda 8 yüksək vəzifəlinin deputat mandatı ləğv edildi

Gürcüstan KİV-i xəbər verir

Gürcüstanda 8 yüksək vəzifəlinin deputat mandatı ləğv edildi
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Prezident və müxalifət tərəfindən tanınmayan Gürcüstan parlamenti bu gün səkkiz deputatın mandatını ləğv edib.

    Məsələ dekabrın 10-da səsverməyə çıxarılıb və təsdiqlənib.

    “Gürcü Arzusu”nun yaradıcısı Bidzina İvanişvili, partiya sədri – keçmiş baş nazir İrakli Qaribaşvili, hazırkı Baş nazir İrakli Kobaxidze, prezidentliyə namizəd Mixail Kavelaşvilinin, habelə nazir və nazir müavinlərinin deputat mandatları ləğv edilib:
     

    İrakli Kobaxidze (Baş nazir);

    Maki Boçorişvili (xarici işlər naziri);

    Anri Oxanaşvili (ədliyyə naziri);

    David Sonqulaşvili (Ətraf mühit və kənd tsərrüfatı naziri);

    Mariam Kvrivişvili (İqtisadiyyat nazirinin müavini);

    Bidzina İvanişvili (“Gürcü arzusu”nun fəxri sədr”);

    İrakli Qaribaşvili (“Gürcü arzusu”nun sədri);

    Mixeil Kavelaşvili (“Gürcü arzu”sundan prezidentliyə namizəd).

    Mandatlara xitam verilməsi qərarının əleyhinə səs verən olmayıb.

    11-ci çağırış parlamentin iclaslarında yalnız “Gürcü arzusu”nun üzvləri iştirak edib. Bundan əvvəl müxalifət nümayəndələri seçkilərin saxtalaşdırıldığını hesab edərək, parlamentin legitimliyini tanımadıqları üçün mandatlarından imtina ediblər.