Gürcüstanda matəm günü elan edilib
Gürcüstan hökuməti Tbilisidə ötən gün yaşayış binasında partlayış əlaqədar qərar qəbul edib
Tbilisidə ötən gün yaşayış binasında partlayış nəticəsində 6 nəfərin həyatını itirməsi ilə bağlı noyabrın 22-si Gürcüstanda matəm günü elan edilib.
Bu barədə Gürcüstan hökuməti qərar qəbul edib.
Qərara əsasən, matəm günündə həlak olanların xatirəsini anmaq məqsədilə Gürcüstan ərazisində dövlət bayraqları endiriləcək.
Qeyd edək ki, hadisə zamanı 4 nəfər xəsarət alıb. Dağıntılar altında qalan 7 nəfərdən yalnız biri — üç yaşlı uşaq sağ çıxarılıb. Ölənlərin 3-ü qadın, 1-i kişi, 2-si isə uşaqdır.
Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyi faciə ilə bağlı Gürcüstana başsağlığı verib.
1 dəqiqədən az