Gürcüstandan Azərbaycana avtomobil ixracı azalıb
Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin xarici ticarət portalından məlum olur.
Bu ilin yanvar-noyabr aylarında Gürcüstandan Azərbaycana ümumi dəyəri 197 milyon ABŞ dolları olan 7 292 ədəd minik avtomobili ixrac edilib.
Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin xarici ticarət portalından məlum olur.
İllik müqayisədə avtomobillərin sayında 4 719 ədəd və yaxud 39,29% azalma qeydə alınıb.
İlk 11 ayda Gürcüstandan ixrac edilmiş minik avtomobillərinin ümumi sayı 103 989 ədəd təşkil edib. İxracdan 2,62 milyard ABŞ dolları həcmində gəlir əldə olunub.
Hesabat dövründə Gürcüstandan ümumi avtomobil ixracının 7,01%-i Azərbaycana yönəlib.
1 dəqiqədən az