
"Financial Times" xəbər verir ki, bu gün, yanvarın 28-i səhər saatlarında Asiyanın texnoloji şirkətlərinin və aparıcı indekslərinin səhmləri dünən Çinin DeepSeek şirkəti tərəfindən yeni süni intellekt modelinin təqdimatı ilə bağlı xəbərlər fonunda başlayan ucuzlaşmaya davam edib.
Nəşrin məlumatına görə, ilk növbədə Yaponiya şirkətləri zərər çəkib. Çoxlu sayda texnologiya şirkətini əhatə edən Tokionun Nikkei indeksi ticarətin açılışında 1,7% azalıb. SoftBank səhmləri 5,2%-dən çox ucuzlaşıb. İki gün ərzində şirkətin səhmləri 12% ucuzlaşıb.
Tokioda mikroprosessor istehsalçıları və süni intellekt üçün məlumat mərkəzləri hazırlayan Disco, Advantest və Furukawa Electric şirkətlərinin səhmləri də ucuzlaşıb: DeepSeek chatbotu haqqında dünənki xəbərdən sonra Disco səhmləri 3,2%, Furukawa - 8% itirir. Advantest səhmləri Tokioda erkən ticarətdə 10% ucuzlaşıb.
Eyni zamanda, Honq-Konqda Çin texnologiya şirkətlərinin səhmləri yüksəlir. İstisna, səhmləri 0,4% ucuzlaşan çip istehsalçısı SMIC-dir.
Cənubi Koreya və Tayvanda bazarlar Yeni ili qeyd etmələri üçün bağlanıb.