Gürcüstanın müdafiə naziri Azərbaycandadır YENİLƏNİB
Azərbaycan və Gürcüstan bu il birgə hərbi təlimləri intensivləşdirməyi planlaşdırir

Gürcüstanın müdafiə naziri İrakli Çikovani Azərbaycanda rəsmi səfərdədir.
O, azərbaycanlı həmkarı Zakir Həsənovla həm təkbətək, həm də geniş tərkibdə görüşüb.
Tərəflər bu il birgə tədbirlər keçirməyi planlaşdırır, bu barədə iki ölkənin müdafiə nazirləri Bakıda keçirilən görüşdə bildiriblər.
Həsənov və Çikovani hərbi sahədə və regional təhlükəsizlik sahəsində əməkdaşlığın perspektivlərini müzakirə ediblər, həmçinin birgə hərbi təlimlərin intensivləşdirilməsinin vacibliyini qeyd ediblər.