Hakan Fidan HƏMAS-ın siyasi bürosunun rəhbəri ilə görüşüb
Bu barədə TRT Haber məlumat yayıb
Türkiyənin xarici işlər naziri Hakan Fidan Hamas təşkilatının siyasi bürosunun rəhbəri İsmail Heniyye ilə görüşüb.
Bu barədə TRT Haber məlumat yayıb.
Görüş Türkiyədə keçirilib.
Danışıq zamanı İsrail-Fələstin qarşıdurması müzakirə olunub, o cümlədən təcili atəşkəsin elan edilməsi, bölgəyə humanitar yardımların çatdırılması, əsir müvadiləsi və davamlı sülhün təmini üçün məsələnin iki tərəfli həlli ilə bağlı müzakirələr aparılıb.