HƏMAS Qəzza zolağında ölən 4 girovun meyitini təhvil verib
Fevralın 22-də son razılaşmalar çərçivəsində altı sağ girovun azad edilməsi gözlənilir

HƏMAS Qəzza zolağında ölən girovların meyitlərini Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil verib.
Bu barədə İsrail mediası məlumat yayıb.
Bildirilib ki, HƏMAS İsraillə mübadilə müqaviləsinin bir hissəsi olaraq öldürülən dörd girov – Şiri Bibas, Ariel Bibas, Kfir Bibas və Oded Lifşitsin cəsədlərini Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil verib.
Proses Qəzza zolağının cənubunda Xan Yunisdə baş tutub.
HƏMAS bildirib ki, 7 oktyabr hücumunda girov götürülən bu şəxslərin hamısı İsrailin Qəzzanı bombalaması nəticəsində həlak olub.
Qırmızı Xaç Komitəsinə daha sonra onları İsrail Ordusuna təhvil verəcək.
Fevralın 22-də son razılaşmalar çərçivəsində 6 sağ girovun azad edilməsi gözlənilir.