XƏBƏRLƏR / Hava

Hava dəyişir: külək əsəcək, şimşək çaxacaq, dolu düşəcək

Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq edir

Hava dəyişir: külək əsəcək, şimşək çaxacaq, dolu düşəcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bir neçə gün davam edən mülayim hava şəraitindən sonra martın 15-i axşam şimal və qərb rayonlarından başlayaraq havanın dəyişəcəyi, 17-dək fasilələrlə yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir.

    Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Mərkəzi-Aran, Lənkəran-Astara bölgəsində yağıntıların intensivləşəcəyi, şimşək çaxacağı, bəzi dağlıq və dağətəyi rayonlarda dolu düşəcəyi ehtimalı var.

    Qərb küləyi bəzi yerlərdə arabir 15-18 m/s-dək güclənəcək.

    Martın 16 və 17-də gecə bəzi dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimalı var.