XƏBƏRLƏR / Ekologiya

Havada tozun miqdarı normadan artıqdır

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib

Havada tozun miqdarı normadan artıqdır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur, tozun miqdarı normadan 1.2-1.3 dəfə artıqdır.

    Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib.

    Belə ki, Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupundan verilən məlumata görə, müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir, cənub-şərq istiqamətli hava axınları vasitəsilə ölkə ərazisinə daxil olub:

    "Tozlu hava şəraitinin meteoroloji vəziyyətdən asılı olaraq iki gün ərzində davam edəcəyi gözlənilir", - deyə məlumatda qeyd edilib.