XƏBƏRLƏR / Təbiət

Havay adalarında meşə yanğınları zamanı 93 nəfər ölüb

Bu barədə ABŞ mətbuatı məlumat yayıb

Havay adalarında meşə yanğınları zamanı 93 nəfər ölüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • ABŞ-ın Havay ştatında baş verən güclü meşə yanğınları nəticəsində ölənlərin sayı 93 nəfərə çatıb.

    Bu barədə ABŞ mətbuatı məlumat yayıb.

    Məlumata görə, yanğınlar nəticəsində 2 mindən çox bina dağılıb və ya məhv olub, 900 hektar meşə sahəsi yanıb.

    Daha minlərlə insan evlərini tərk etmək məcburiyyətində qalıb və müvəqqəti sığınacaqlara yerləşdirilib.

    ABŞ Səhiyyə və İnsan Xidmətləri Departamenti fövqəladə vəziyyət elan edib.

    İlkin hesablamalara görə, dəymiş ziyan təxminən 6 milyard dollar dəyərində qiymətləndirilib.