Havayda meşə yanğınlarında ölənlərin sayı 89-a çatıb
Bu barədə ştatın qubernatoru Coş Qrin məlumat verib
Havay adaları qrupuna daxil olan Maui adasında baş verən meşə yanğınları nəticəsində ölənlərin sayı 89 nəfərə çatıb.
Bu barədə ştatın qubernatoru Coş Qrin məlumat verib.
O qeyd edib ki, Mauidə baş verən bu hadisə ABŞ-da bir əsrdən artıq müddətdə ən ölümcül meşə yanğını olub. " əÖlənlərin sayının artacağı gözlənilir. İnsanların buna hazır olmasını istərdik", - deyə C.Qrin sözlərinə əlavə edib.
Ən son məlumatlara görə, 2,2 mindən çox bina dağılıb.