BLOQ

Hər dəqiqə telefona baxmaq vərdişini necə azaldaq?

Həkimlər telefon asılılığının orqanizm üçün böyük təhlükə yaratdığını bildirirlər

Hər dəqiqə telefona baxmaq vərdişini necə azaldaq?
  • Oxuma müddəti:

    2 dəqiqə

  • İnsanlar artıq ətrafda hər dəqiqə telefonlarına baxan minlərlə insana rast gəlirlər. Hətta heç bir bildiriş olmadığı halda belə tez-tez telefon ekranına baxırıq. Həkimlər telefon asılılığının orqanizm üçün böyük təhlükə yaratdığını bildirirlər.

    Həkim Natəvan İmanova telefonun şüalarının orqanizmdə qıcıqlanmaya, nevroloji və onkoloji xəstəliklərə səbəb ola biləcəyini deyir: “Telefonun şüası uşaqlarda epilepsiya, şəkər xəstəliyi və skolioz, böyüklərdə isə onkoloji xəstəliklərə yol açır”.

    Klinik- psixoloq Ruhiyyə Rüstəmova telefon asılılığının diqqət əksikliyi və sosial ünsiyyət azlığına səbəb olduğunu vurğulayır: “Zamanımızın çoxunu telefonda keçiririk, bu da yeniyetmələrin dərsə diqqət çəkməsini çətinləşdirir və sosial fobiyaların yaranmasına səbəb olur”.

    Uşaqlarda telefon asılılığının fəsadları daha ağır ola bilir. Həkim Natəvan İmanova, telefon istifadəsinin uşaqlarda autizm xəstəliyinin yaranmasına səbəb olduğunu qeyd edir: “Telefonu çox istifadə edən uşaqların beyni inkişaf etmir, onların reaksiyaları zəif olur”.

    Gənclər üçün də telefon asılılığı sağlamlığa zərər verə bilər. Terapevt Könül Zamanova, telefon istifadəsinin bilək və boyun bölgələrində əyriliklərə səbəb ola biləcəyini bildirir.

    Psixoloq Ruhiyyə Rüstəmova, smartfonlardan istifadə zamanı fasilələrin əhəmiyyətini vurğulayaraq, uşaqlar və yeniyetmələrin telefonla keçirdiyi vaxtı azaltmağı tövsiyə edir: “Uşaqlar gündə 30 dəqiqə, yeniyetmələr isə 1,5-2 saat telefon istifadə etməlidir ki, psixoloji və fiziki sağlamlıqlarını qorusunlar”.

    Smartfonların həyatımızda rolu böyükdür, lakin onları yalnız lazım olduqda istifadə edərək mənfi təsirləri azalda bilərik. Unutmayaq ki, telefon həyatımızın bir parçası deyil, yalnız ünsiyyət vasitəsidir.