Hərbi attaşelər Hərbi İnstitutu ziyarət ediblər
Bu barədə Müdafiə Nazirliyi xəbər yayıb
Azərbaycan Respublikasında akkreditə olunmuş xarici ölkələrin hərbi attaşeləri Heydər Əliyev adına Hərbi İnstitutu ziyarət ediblər.
Qonaqlar əvvəlcə Hərbi İnstitutun ərazisindəki muzeydə Ulu Öndərin həyatını və siyasi fəaliyyətini əks etdirən foto stendlə tanış olublar.
Daha sonra qonaqlar təhsil müəssisəsinin ərazisi, tədris korpusları və maddi-texniki bazasını ziyarət edib burada hərbiyyəlilər üçün yaradılan şərait ilə tanış olub, keçirilən tədris prosesini izləyiblər.
Xarici ölkələrin hərbi nümayəndələrinə xüsusi təyinatlı təhsil müəssisəsinin tarixi və fəaliyyəti barədə brifinq təqdim olunub. Qonaqlara, həmçinin görüşün bədii hissəsində hərbi orkestrin ifa etdiyi musiqi kompozisiyaları ərmağan edilib.
Sonda qarşılıqlı hədiyyələr mübadiləsi olub və xatirə fotosu çəkdirilib.