Hərbi qulluqçuların tərxisi davam edir VİDEO
Bu barədə Müdafiə Nazirliyindən bildirilib
Azərbaycan Respublikası vətəndaşlarının 2023-cü il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamının icrası ilə bağlı Azərbaycan Ordusunda həyata keçirilən tədbirlər davam edir.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Müdafiə nazirinin əmrinə əsasən hərbi hissələrdə xidmət müddəti başa çatmış ordudan tərxis olunan hərbi qulluqçuların yola salınma mərasimləri keçirilir.