XƏBƏRLƏR / Hərbi

Hərbi qulluqçuların xidmətinin son yaş həddi azaldılır

Hazırda dinc dövr zamanı müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 36,5 yaşına qədər xidmət edir

Hərbi qulluqçuların xidmətinin son yaş həddi azaldılır
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi qulluqçularının dinc dövrdə xidmətinin son yaş həddi azaldılır.

    Bu məsələ Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin dekabrın 13-də keçirilən iclasında müzakirəyə çıxarılmış “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna edilməsi nəzərdə tutulan dəyişiklikdə əksini tapıb.

    Hazırda “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 39-cu maddəsinə əsasən, dinc dövr zamanı müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 36,5 yaşına qədər xidmət edir. Lakin təklif edilən dəyişikliklə bu yaş həddi 31,5-ə endiriləcək.

    Bu dəyişiklik hərbi qulluqçuların xidmət müddətinin tənzimlənməsi və Silahlı Qüvvələrdə peşəkar heyətin yaş quruluşunun optimallaşdırılması məqsədini daşıyır.