XƏBƏRLƏR / Hərbi

Hərbi qulluqçumuz uzun sürən ağır xəstəlikdən vəfat edib

Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib

Hərbi qulluqçumuz uzun sürən ağır xəstəlikdən vəfat edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu əsgər Rəhman Rauf oğlu Kərimov uzun sürən ağır xəstəlikdən müalicə aldığı Mərkəzi Klinik Xəstəxanada həkimlərin bütün səylərinə baxmayaraq vəfat edib.

    Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

    Dövlət Sərhəd Xidmətinin rəhbərliyi hərbi qulluqçunun vəfatı ilə əlaqədar ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.

    Allah rəhmət eləsin!