XƏBƏRLƏR / Münaqişə

Hersoqun çıxışı zamanı Fidan və başqaları zalı tərk ediblər

İsrail Prezidenti İsxak Hersoq Bakıda AQEM-in 7-ci Zirvə görüşündə iştirak edib FOTO

Hersoqun çıxışı zamanı Fidan və başqaları zalı tərk ediblər
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İsrail Prezidentinin Bakıdakı çıxışı zamanı Hakan Fidan və bəzi başqa ölkənin nümayəndələri zalı tərk ediblər.

    Anadolu Agentliyinin məlumatına görə, İsrail Prezidenti İsxak Hersoq çıxışına başlayanda Türkiyənin xarici işlər naziri Hakan Fidan və 10-dan çox ölkənin nümayəndələri Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Qurucu Tədbirlər üzrə 7-ci Konfransın (CICA) zirvə toplantısının zalını tərk ediblər.

    Media xəbərlərinə görə, gedənlər arasında İran, Pakistan, Fələstin və Küveyt nümayəndələri də olub. Lakin Qətər əmiri Təmim bin Həməd Əl-Tani zalda qalıb və Hersoqun çıxışını dinləyib.