XƏBƏRLƏR / Diplomatiya

Hikmət Hacıyev ABŞ Dövlət katibinin müavini ilə görüşüb

Bu barədə Azərbaycanın ABŞ-dakı səfirliyi məlumat yayıb

Hikmət Hacıyev ABŞ Dövlət katibinin müavini ilə görüşüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ Dövlət katibinin müavini Kristofer Landau ilə görüşüb.

    Bu barədə Azərbaycanın ABŞ-dakı səfirliyi məlumat yayıb.

    Görüş Hikmət Hacıyevin Vaşinqtona səfəri çərçivəsində baş tutub.

    Tərəflər Azərbaycan və ABŞ arasında strateji münasibətlər, regional və qlobal məsələlərə dair dərin müzakirələr aparıb.