XƏBƏRLƏR / Diplomatiya

Hikmət Hacıyev Benilüks ölkələri XİN nümayəndələrilə görüşüb

Bu barədə Lüksemburq Xarici İşlər Nazirliyi məlumat yayıb

Hikmət Hacıyev Benilüks ölkələri XİN nümayəndələrilə görüşüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Belçika, Niderland və Lüksemburq Xarici İşlər nazirliklərinin siyasi direktorları Azərbaycana səfər edib.

    Bu barədə Lüksemburq Xarici İşlər Nazirliyi məlumat yayıb.

    Səfər çərçivəsində Belçika, Niderland və Lüksemburq Xarici İşlər nazirliklərinin siyasi direktorları Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüblər.

    “Belçika, Niderland və Lüksemburq Xarici İşlər nazirliklərinin siyasi direktorları ölkələrimizin sülh gündəliyinə, konnektivliyə və Azərbaycanda iqtisadi inkişafa töhfə verməsini müzakirə etmək üçün Azərbaycana səfər ediblər. Faydalı müzakirələrə görə Hikmət Hacıyevə, Azərbaycan XİN-ə və Milli Məclisə təşəkkür edirik”, - məlumatda qeyd olunub.