Hökumətin yeni tərkibində əhəmiyyətli dəyişiklik olmayacaq
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib
Ermənistan hökumətinin yeni tərkibində əhəmiyyətli dəyişikliklər gözlənilmir.
"Sputnik Armenia" xəbər verir ki, bunu jurnalistlərə Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
"Mən artıq tərkibi müəyyənləşdirmişəm", - o deyib.
Qeyd edək ki, iyunun 7-də Ermənistanda parlament seçkiləri keçirilib. Hakim "Mülki müqavilə" partiyası 49,83 % səs toplayıb ki, bu da ona yeni hökuməti müstəqil şəkildə formalaşdırmağa imkan verir.
1 dəqiqədən az