XƏBƏRLƏR / Fəlakət

Honq-Konqda yaşayış kompleksində yanğın, 13 ölü

Ölü və yaralı sayının artacağı gözlənilir

Honq-Konqda yaşayış kompleksində yanğın, 13 ölü
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Honq-Konqun şimalında 2000 mənzildən ibarət yaşayış kompleksinin çoxmərtəbəli binasında baş verən güclü yanğın nəticəsində insanlar yanan qüllələrin içərisində qalıblar.

    Yaşayış kompleksində baş verən yanğın 13 nəfərin həyatına son qoyub.

    Reuters“ xəbər verir ki, xilasetmə tədbirləri davam etdirilir, lakin binaların içərisində qalan sakinlər var.

    2 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

    Yanğınsöndürənlərin içərisində də xəsarət alanların olduğu bildirilir.

    Ölü və yaralı sayının artacağı gözlənilir.