XƏBƏRLƏR / Məhkəmə

Hüquq müdafiəçisi Rüfət Səfərov həbs edildi

Binəqədi RPİ-nin İstintaq şöbəsi vəsatət qaldırmışdı

Hüquq müdafiəçisi Rüfət Səfərov həbs edildi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Xuliqanlıq və dələduzluqda ittiham olunan hüquq müdafiəçisi Rüfət Səfərov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanı tərəfindən məhkəməyə daxil olan vəsatətə baxılıb.

    Təqdimata bu gün Binəqədi rayon Məhkəməsində hakim Aytəkin İbrahimovanın sədrliyi ilə baxılıb.

    Məhkəmə vəsatəti təmin edib. Qərara əsasən, Rüfət Səfərov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

    R.Səfərov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı Binəqədi RPİ-nin İstintaq şöbəsi tərəfindən rayon məhkəməsinə vəsatət daxil olmuşdu.