I Qarabağ müharibəsinin şəhidləri ilə vida mərasimi olub
Onlar 31 ildir itkin sayılırdılar
Gəncə şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Zülfüqar Kamil oğlu Abbasovun meyitinin qalıqları Sabirabad rayonunun Kürkəndi kəndinə gətirilib.
Şəhidin nəşi kənddə ailəsinə təhvil verilib.
Qeyd edək ki, Zülfüqar Kamil oğlu Abbasov 1973-cü il sentyabrın 1-də Sabirabad şəhərində anadan olub. O, 1994-cü il martın 30-da Ağdərə rayonunun Çaylı kəndi istiqamətində itkin düşüb.
Z.Abbasov Kürkəndi kənd qəbiristanlığında dəfn olunub.
***
Gəncə şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Elbrus İsaq oğlu İsaqovun meyitinin qalıqları Biləsuvar rayonu 1 saylı Cəbrayıl qəsəbəsinə gətirilib.
Şəhidin nəşi qəsəbədə ailəsinə təhvil verilib.
Qeyd edək ki, Elbrus İsaq oğlu İsaqov 1966-cı il avqustun 23-də Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olub. O, 1994-cü il fevralın 11-də Kəlbəcər rayonunun Murovdağ istiqamətində itkin düşüb.
E.İsaqov Biləsuvar rayonu 1 saylı Cəbrayıl qəsəbəsi Şəhidlər xiyabanında dəfn olunub.
***
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Nuriyev Şöhrət Telman oğlunun meyitinin qalıqları Ucar rayonuna gətirilib. O, Gəncə şəhərində Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn olunmuşdu.
Şəhidin nəşi rayonun Əlikənd kəndində ailəsinə təhvil verilib və vida mərasimi keçirilib. Vida mərasimində kənd sakinləri, şəhidin ailə üzvləri, qazilər, eləcə də rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Cənazə namazı qılındıqdan sonra şəhidin nəşi kənd qəbiristanlığında torpağa tapşırılıb, dualar oxunub.
Qeyd edək ki, Nuriyev Şöhrət Telman oğlu 1993-cü il aprelin 14-də Murovdağ istqamətində gedən döyüşlərdə itkin düşmüş sayılırdı.
***
Gəncə şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Ədalət Veysəl oğlu Əliyevin meyitinin qalıqları Tərtər rayonunun Kələntərli kəndinə gətirilib.
Şəhidin nəşi kənddə ailəsinə təhvil verilib.
Qeyd edək ki, Ədalət Veysəl oğlu Əliyev 1973-cü il sentyabrın 18-də Kəlbəcər rayonunun Çorman kəndində anadan olub. O, 1994-cü il yanvarın 27-də Kəlbəcər rayonunun Bozlu kəndi istiqamətində itkin düşüb.
Ə.Əliyev Tərtər rayonu ümumşəhər qəbiristanlığında dəfn olunub.
***
Gəncə şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Zahid Ziyad oğlu Abbasovun meyitinin qalıqları Lerik rayonuna gətirilib.
Şəhidin nəşi rayonun Laman kəndində ailəsinə təhvil verilib.
Qeyd edək ki, Zahid Ziyad oğlu Abbasov 1967-ci il iyunun 1-də anadan olub. O, 1993-cü ilin aprelin 16-da Kəlbəcər rayonunun Murovdağ istiqamətində (Toğana kəndi) itkin düşüb.
Z.Abbasov Laman kənd qəbiristanlığında dəfn olunub.