İkinci erməni dövləti...
30 ildir ki, birini qurub bir yana çıxara bilmirlər. İki ərli arvad kimi həm Rusiyanın, həm də Qərbin forpostu, yaxud cariyəsi olmağa can atırlar. Amma bir qrup siyasi lotu xəstə toplumun başını guya Cənubi Qfqazda "iki erməni dövlətinin "mövcudluğu"" mifi ilə aldatmaqdan usanmır. Eybi yox! Məşhur Azərbaycan atalar sözündə deyildiyi kimi, "Örkən nə qədər uzun olsa, axır gəlib doğanaqdan keçəcək". Az qalıb.
Bu arada başdan-başa yalan və gücsüzlük nümunəsi olan erməni "xəbərlərni" oxumaq ləzzət verir. Məsələn, dünən yazırlar ki, "Arsax hökumətinin və Rusiya SMQ-nin səyi ilə Azərbaycanın Arsax-Ermənistan sərhədində qurduğu qanunsuz NBM-dən respublika əhalisi üçün talon sistemi ilə paylanan ərzaq və digər zəruri tələbat malları keçirmək mümkün olmuşdur". Aldadın, hələ özünüzü bir az da aldadın. Amma böyük Sabirin iranlı qardaşlarınıza məsləhət gördüyü kimi, farmaşlarınızı qablamağı da unutmayın...