XƏBƏRLƏR / Rəsmi

İlham Əliyev Fatih Birolu qəbul edib

Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Bakıda səfərdədir

İlham Əliyev Fatih Birolu qəbul edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birolu qəbul edib.

    Söhbət zamanı dövlətimizin başçısı ilə Fatih Birolun bundan əvvəlki görüşü məmnunluqla xatırlanıb.

    Görüşdə COP29-a hazırlıqla bağlı Azərbaycanda görülən işlər barədə fikir mübadiləsi aparılıb.

    Ölkəmizlə Beynəlxalq Enerji Agentliyi arasında səmərəli əməkdaşlığın həyata keçirilməsindən məmnunluq bildirilib. Azərbaycanda yaşıl enerjinin inkişafı istiqamətində atılan uğurlu addımlar qeyd edilib, ölkəmizin Avropa İttifaqının enerji təhlükəsizliyinə verdiyi töhfə vurğulanıb.

    Söhbət zamanı əməkdaşlığın perspektivləri müzakirə olunub.