XƏBƏRLƏR / Rəsmi

İlham Əliyev Moskvadakı Qələbə Paradına qatılmayacaq

Bu barədə Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib

İlham Əliyev Moskvadakı Qələbə Paradına qatılmayacaq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan Prezidenti İlham Əliyev mayın 9-da Moskvada keçiriləcək Qələbə Paradına qatılmayacaq.

    Bu barədə Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.

    Onun sözlərinə görə, Azərbaycan və Laos liderləri Moskvadakı Qələbə paradına gəlməyəcəklər.

    Kremlin yaydığı məlumata görə, İlham Əliyev respublikanın daxili tədbirlərində iştirak edəcək.

    Laos lideri isə koronavirusa yoluxub.